Kavaninin fikrini dəyişdi
14.02.2022 - 15:04
Kavaninin fikrini dəyişdi

“Mançester Yunayted”in hücumçusu Edinson Kavani baş məşqçi amilinə görə komandada qalıb.

Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin üzvü başqa ölkəyə yollanmaq arzusuna düşsə də, Ralf Ranqnik onu fikrindən daşındırmağı bacarıb.

Məhz Ranqniklə Kavani arasında baş tutan görüşdən sonra forvard mövsümün sonuna qədər qalmaq qərarına gəlib. 35 yaşlı oyunçu komandanı yayda, müqaviləsi başa çatdıqdan sonra tərk edəcək. Hücumçu yeni təcrübələr sınamaq istəyir və çox güman ki, karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Qeyd edək ki, Edinson Kavani bu mövsüm Premyer Liqada 11 oyuna çıxıb, 2 qol, 1 assistlə yadda qalıb.