Kavaniyə Braziliyadan təklif
13.12.2021 - 22:55
Kavaniyə Braziliyadan təklif

“Mançester Yunayted”in futbolçusu Edinson Kavani yeni təklif alıb.

Apasport.az saytının məlumatına görə, Braziliyanın “Korintians” klubu hücumçunu heyətinə qatmaq istəyir.

34 yaşlı futbolçunun nümayəndələri A seriyası təmsilçisi ilə danışıqlara da başlayıb. Mançester təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq uruqvaylı azad agent kimi Cənubi Amerikaya qayıda bilər.

Qeyd edək ki, Edinson cari mövsümün 8 oyununda 1 qol vurub.