Kavaniyə La Liqadan daha bir təklif
23.12.2021 - 22:18
Kavaniyə La Liqadan daha bir təklif

“Mançester Yunayted” karyerasını İspaniyada davam etdirməyə çox yaxındır.

Apasport.az saytının məlumatına görə, La Liqanın daha bir təmsilçisi Uruqvay millisinin üzvünü heyətinə cəlb etmək fikrinə düşüb.

“Barselona”dan sonra indi də “Sevilya” 34 yaşlı forvardının transferində maraqlıdır. Əndəlüs klubunun nümayəndələri oyunçunun meneceri ilə əlaqə də saxlayıb. Kavani özü isə ilk olaraq “Barselona” ilə danışıqların yekunlaşmasını gözləyir.

Qeyd edək ki, Edinson Kavaninin “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.