Kevin Medina: "Daha 3 il "Qarabağ"ın şərəfini qoruyacağım üçün çox xoşbəxtəm"
12.05.2022 - 15:32
Kevin Medina: "Daha 3 il "Qarabağ"ın şərəfini qoruyacağım üçün çox xoşbəxtəm"

“Qarabağ”a gəldiyim ilk gündən bəri hər kəslə yaxşı münasibətim və qarşılıqlı hörmətim olub”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Kevin Medina klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı kolumbiyalı futbolçu ağdamlılarla yeni 2 illik müqavilə imzalamasına münasibət bildirib. O, sözləşməsinin müddətini 2025-ci ilə qədər uzatmaq qərarını verməkdə çətinlik çəkmədiyini söyləyib: “Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı. Daha 3 il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”ın formasını geyinən Kevin Medina cari mövsümün 38 oyununda 1 qol vurub.