Kevin “200”ə çatdı
12.05.2022 - 11:54
“Mançester Siti”nin futbolçusu Kevin de Breyne klubda pay sahibi olduğu qolların sayını 200-ə çatdırıb.
Apasport.az saytının məlumatına görə, belçikalı yarımmüdafiəçi 2015-ci ildən çıxış etdiyi Premyer Liqa təmsilçisinin heyətində 84 qol vurub və 116 assist müəllifi olub.
O, bunu 305 matçda gerçəkləşdirib. Cari mövsüm Kevin üçün rekord sayda – 17 qolla da əlamətdardır.
Qeyd edək ki, belçikalı “Vulverhempton”a 5:1 hesabı ilə qalib gəldikləri oyunda 4 qola imza atıb.
0
0