Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsi bağlanıb.
Apasport.az saytının məlumatına görə, bir ay ərzində elitanın 8 iştirakçısının hər biri heyətində müəyyən dəyişikliklərə əl atıb.
Yalnız “Qəbələ” heç bir oyunçusu ilə vidalaşmayıb. Bu müddətdə klublarımız ümumilikdə 27 oyunçu ilə güclənib. Onlardan 16-sı ilk dəfə Azərbaycana təşrif buyurub.
Bundan sonra klublar ancaq azad agent statusuna malik oyunçuları heyətinə cəlb edə bilər.
“Qarabağ”
Gələnlər: Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili ("Yagelloniya", Polşa: icarəyə), Leandro Andrade (“Çerno More”, Bolqarıstan)
Gedənlər: Qaspar Panadero (AEK, Kipr: icarəyə), Rahil Məmmədov ("Zirə": icarəyə)
Müqavilə müddətini uzadan: yoxdur
“Qəbələ”
Gələn: Patrik Robson de Souza Monteyro (“Admira”, Avstriya: icarəyə), Samet Karakoç (“Bayrampaşa”, Türkiyə), Ramin Dobi ("Şevardeni", Gürcüstan)
Gedən: yoxdur
Müqavilə müddətini uzadan: yoxdur
“Neftçi”
Gələnlər: Azər Salahlı ("Keşlə"), Eddi İsrafilov (azad agent), Elton Əlibəyli (“Səbail”: icarədən qayıdıb), Gilyerme Pato ("İnternasional", Braziliya), İvan Brkiç ("Riqa", Latviya), Azər Əliyev ("Ufa", Rusiya), Rəşad Əzizli ("Zirə")
Gedənlər: Fəhmin Muradbəyli ("Keşlə": icarəyə), Romen Bask ("Şatoru", Fransa), Sabir Buqrin ("Esperans", Tunis), Harramiz Soareş ("Farense", Portuqaliya), Anxel Korrea ("Olimpiakos Volos", Yunanıstan), Mamadu Kane ("Olimpiakos", Yunanıstan: icarədən qayıdıb), Rəşad Əzizli ("Səbail": icarəyə)
Müqavilə müddətini uzadan: yoxdur
“Zirə”
Gələnlər: Hamidu Keyta (“Santa Klara”, Portuqaliya), Brayan Alseus (“Qaz Metan”, Rumıniya), Rahil Məmmədov ("Qarabağ": icarəyə), Nail Alışov ("Səbail"), Ahmed Ayzaya ("Kovilya", Portuqaliya)
Gedənlər: Georgi Stoilov (azad agent), Velves Santos ("Lvov", Ukrayna: icarədən qayıdıb), Rəşad Əzizli ("Neftçi")
Müqavilə müddətini uzadan: yoxdur
“Sabah”
Gələnlər: Aleksandr Neçayev (“Rux”, Belarus), Kristian da Silva Fil ("Koimbra", Portuqaliya), Hiqor Qabriel ("Fluminense", Braziliya)
Gedənlər: Petar Skuletiç, Saşa Stamenkoviç
Müqavilə müddətini uzadan: yoxdur
“Keşlə”
Gələnlər: Fəhmin Muradbəyli ("Neftçi": icarəyə), Franko Flores ("Real Espanya", Honduras), Natan Oduva (azad agent)
Gedənlər: Azər Salahlı ("Neftçi"), Anatole Abanq ("Əl-Bataeh" BƏƏ), Con Kamara, Omar Qudiabi, Nicat Qurbanov, Miyusko Boyoviç
Müqavilə müddətini uzadan: yoxdur
“Sumqayıt”
Gələnlər: Aleksey Baqa (baş məşqçi), Vüqar Bəybalayev (azad agent), Elşən Abdullayev ("Səbail"), Araz Abdullayev ("Etnikos", Yunanıstan)
Gedənlər: Ayxan Abbasov (baş məşqçi), Roman Hüseynov ("Kəpəz"), Hüseynəli Quliyev ("Səbail"), Səid Rza
Müqavilə müddətini uzadan: yoxdur
“Səbail”
Gələnlər: Rəşad Əzizli ("Neftçi": icarəyə), Hüseynəli Quliyev ("Sumqayıt")
Gedənlər: Elton Əlibəyli (“Neftçi”: icarədən qayıdıb), Kamran Ağayev (karyerasını bitirib), Şahin Zəkiyev (azad agent), Elşən Abdullayev ("Sumqayıt"), Turan Manafov ("Olimpiakos Volos", Yunanıstan: icarəyə), Nail Alışov ("Zirə")
Müqavilə müddətini uzadan: Turan Manafov