Kimmix bu il meydana çıxmayacaq – koronavirusun fəsadı
09.12.2021 - 17:55
Kimmix bu il meydana çıxmayacaq – koronavirusun fəsadı

“Bavariya”nın futbolçusu Coşua Kimmix ili bitirib. 

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ağciyərlərindəki problem üzündən ilin sonunadək meydana çıxmayacaq.

Koronavirusa yoluxduqdan sonra narahatçılıq hiss edən Kimmix müalicə müddətində komandadan uzaq düşüb. O, “Mayns”, “Ştutqart” və “Volfsburq”la çempionat görüşlərindən kənar qalacaq.

Qeyd edək ki, Kimmix “Bavariya”nın vaksinasiyadan imtina edən 5 futbolçusundan biridir.