Klopp Dalqlişin rekordunu yenilədi
17.12.2021 - 10:52
Yurgen Klopp “Liverpul”un baş məşqçisi postunda Premyer Liqada 150-ci qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, XVII turun “Nyukasl”la matçına təsadüf edib.
3:1 hesablı qələbə ilə almaniyalı ikinci “yüzlüy”ü yarılayıb. Klopp buna 237 matçda nail olub. Onun yetirmələri 54 heç-heçə və 33 məğlubiyyət də yaşayıb.
Klopp “Liverpul”un tarixinə 150-yə ən tez çatan məşqçi kimi düşüb. O, 2011-ci ildə qazandığı 150-ci qələbəni 249-cu matçı rəsmiləşdriən kenni Dalqlişi arxada qoyub.
0
0