Klopp çempionluğa inanmır 
16.05.2022 - 17:30
Klopp çempionluğa inanmır 

“Liverpul”un baş məşqçisi Yurgen Klopp çempionluq şanslarını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Premyer Liqada mövsümü ilk pillədə bitirəcəklərinə inanmır.

Onun fikrincə, lider “Mançester Siti” son turda “Aston Villa” ilə matçda çempionluğu əldən verməyəcək: “Mançester Siti”nin sonuncu dəfə nə vaxt ardıcıl iki Premyer Liqa matçında xal itirdiyi yadıma gəlmir. Onların “Aston Villa” ilə görüşdə xal itirməsini gözləmirəm”.

Qeyd edək ki, Premyer Liqada ikinci pillədə qərarlaşan “Liverpul” lider “Mançester Siti”dən 4 xal geridədir. “Qırmızılar”ın ehtiyatında bir oyun var.