Klub prezidenti Levandovskinin “Bavariya”dakı taliyinə aydınlıq gətirdi
15.05.2022 - 17:04
Klub prezidenti Levandovskinin “Bavariya”dakı taliyinə aydınlıq gətirdi

“Bavariya” futbolçusu Robert Levandovskini başqa kluba buraxmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Münhen klubunun prezidenti Herbert Hayner deyib.

O bildirib ki, Bundesliqanın son turunun oyunundan sonra “Bavariya”da axırıncı matçını keçirdiyini açıqlayan polşalı forvard satılmayacaq: “Robertin bizimlə müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, həmin vaxta qədər də “Bavariya”da qalacaq. Müqaviləni uzatmamaq onun haqqıdır. Bir ildən sonra klubdan pulsuz ayrıla bilər. “Bavariya”ya da pulsuz gəldiyi kimi”.

Qeyd edək ki, Levandovski karyerasında 7-ci dəfə Bundesliqanın bombardiri olmaqla Herd Müllerin rekordunu təkrarlayıb.