Klub prezidenti onun satılmayacağını açıqladı
10.05.2022 - 13:53
Klub prezidenti onun satılmayacağını açıqladı

Sergey Milinkoviç-Saviç “Latsio”nu tərk etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun prezidenti Klaudio Lotito açıqlayıb.

O bildirib ki, serbiyalı yarımmüdafiəçi satılmayacaq: “Milinkoviç-Saviç satılmır. Bir neçə il əvvəl onun üçün 140 milyon avro təklif olundu. Amma biz imtina etdik. Hansıda top-klubdan cəlbedici təklif alsaq, bu barədə Sergeyi məlumatlandıracağıq”.

Qeyd edək ki, əvvəllər “Voyvodina” və “Genk”də oynamış futbolçu 2015-ci ildə “Latsio”ya keçib.