Klubu üçün 314 milyon avro xərcə düşdü
21.12.2021 - 22:46
Klubu üçün 314 milyon avro xərcə düşdü

İtaliya “Fiorentina”sının sahibi Rokko Kommissonun indiyədək kluba xərclədiyi vəsait bəlli olub.

Apasport.az saytının məlumatına görə, sahibkar 314 milyon avrosundan keçib.

O, son 2,5 ildə bu qədər xərcə düşüb. Klub sahibi bu 30 ay ərzində bir neçə obyekt inşa etdirib. Kommisso Florensiya təmsilçisinə əməliyyat xərclərini ödəmək üçün də şəxsi vəsaitindən pul ayırıb.

Qeyd edək ki, A seriyasının 18 oyununda 31 xal toplayan “Fiorentina” turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.