Konfrans Liqasında ikinci – “Qarabağ”ın oyunu
18.02.2022 - 12:53
Konfrans Liqasında ikinci – “Qarabağ”ın oyunu

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarının tamaşaçı sayı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA baş tutan 8 oyundan 7-nin göstəricilərini dərc edib.

“Fənərbaxça” – “Slaviya” matçının tamaşaçı sayı siyahıya düşməyib. Azərbaycan Premyer Liqasının lideri “Qarabağ”ın “Marsel”lə Fransadakı görüşünü 25 min 713 nəfər izləyib. Bu, mərhələdə ikinci göstəricidir. 

Rekord Qlazqoda qeydə alınıb. “Seltik”in “Bodo Qlimt”ə uduzduğu görüşü 55 minə yaxın tamaşaçı seyr edib.

“Seltik” – “Bodo Qlimt” – 1:3 (54926)
“Marsel” – “Qarabağ” – 3:1 (25713)
“Lester” – “Randers” – 4:1 (25242)
PSV – “Makkabi” Təl-Əviv – 1: (14280)
“Rapid” – “Vitess” – 2:1 (10700)
“Midtulland” – PAOK – 1:0 (7088)
“Sparta” – “Partizan” – 0:1 (1000)
“Fənərbaxça” – “Slaviya” – 2:3 (-)