Konfrans Liqasının 4-cüsü – “Qarabağ” qeyri-dəqiqlikdə də liderlərdəndir
10.12.2021 - 08:56
Konfrans Liqasının 4-cüsü – “Qarabağ” qeyri-dəqiqlikdə də liderlərdəndir

Konfrans Liqasının geridə qalan qrup mərhələsinin statistik göstəriciləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən “Qarabağ” qrupda qapıya ən çox zərbə vuran 4-cü komanda olub.

Qurban Qurbanovun kollektivinin 6 matçda 100 cəhdi olub. Bunun 34-ü çərçivəyə ünvanlanıbsa, 36-da futbolçular qeyri-dəqiq oynayıblar. Dəqiq zərbə sayına görə, yarışın 6-cısı olan “Qarabağ” çərçivəyə ən çox düşə bilməyənlər sırasında 5-ci yerdə qərarlaşıb.

Ağdamlıların qrup mərhələsindəki görüşlərdə 30 zərbəsinə müdafiəçilər blok qoyub ki, bu göstəricidə təmsilçimiz 1-cidir.

Qrup mərhələsində ümumi zərbə sayına görə, “Vitess” (117 zərbə) birinci, LASK (113) ikinci, “Renn” (101) isə üçüncü yeri tutub.

Qeyd edək ki, H qrupunu 11 xalla ikinci sırada tamamlayan “Qarabağ” mübarizəni pley-offda davam etdirəcək.