Konteni həmyerlisi əvəzləyir?
30.04.2022 - 16:33
İtaliya yığmasının baş məşqçisi Roberto Mançini yenidən İngiltərədə çalışa bilər.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin “Tottenhem”in sükanı arxasına keçmək variantı yaranıb.
London təmsilçisi PSJ-yə keçidi müzakirə mövzusu olan hazırkı çalışdırıcısı Antonio Konteyə ən layiqli əvəzləyicisi qismində məhz onun həmyerlisini görür. Mançininin alternativi isə “Brayton”un baş məşqçisi Qrem Potterdir.
Qeyd edək ki, Roberto Mançini 2009-2013-cü illərdə İngiltərədə “Mançester Siti”ni çalışdırıb.
0
0