Koronavirusa görə 4 futbolçu Superkubokun heyətindən çıxarıldı
04.01.2022 - 13:03
Koronavirusa görə 4 futbolçu Superkubokun heyətindən çıxarıldı

Türkiyə Superkubokunda “Beşiktaş”la qarşılaşacaq “Antalyaspor”un 4 futbolçusu heyətdən çıxarılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirusa yoluxmadır.

Məsələ burasındadır ki, Antalya təmsilçisinin bir oyunçusunun koronavirus testi pozitiv çıxıb. Həm həmin futbolçu, həm də onunla təmasda olan 3 komanda yoldaşı karantinə alınıb. Bu üzdən onlar Superkubok oyununu buraxacaqlar.

Qeyd edək ki, sabah Qətərin paytaxtı Dohada keçiriləcək “Beşiktaş” – “Antalyaspor” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.