Koronavirusla bağlı fövqəladə iclas: Çempionat təxirə salınmayacaq
06.01.2022 - 12:09
Koronavirusla bağlı fövqəladə iclas: Çempionat təxirə salınmayacaq

İtaliya A seriyası təşkilatçıları ölkədə koronavirus pandemiyasının artığını nəzərə alaraq fövqəladə iclas keçirib.

Apasport.az saytının məlumatına görə, toplantıda çempionatın turlarının təxirə salınmaması qərara alınıb.

Liqanın futbol protokoluna əməl edilməsi məqsədəuyğun bilinib. Buna əsasən, komandalarda qapıçı da daxil olmaqla ən azı 13 sağlam futbolçu varsa, oyun keçirilməlidir. A seriyası rəhbərliyinin qərarı pandemiya səbəbindən komandaları karantinə almaq və matçları ləğv etmək hüququna malik olan Regional Səhiyyə Nazirlikləri (ASL) ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, “Bolonya”, “Salernitana” və “Torino”da ən azı 7 yoluxma aşkarlandığından, bu komandaların müvafiq olaraq “İnter”, “Venetsiya” və “Torino” ilə bu gün keçirməli olduqları XX tur matçları təxirə salınıb. Yerli səhiyyə nazirliyi bu oyunlarla yanaşı, “Fiorentina” – “Udineze” görüşünün də təxirə salınmasını qərara alıb.