Kosenko Azərbaycanla oyunu dəyərləndirdi
18.12.2021 - 20:32
Kosenko Azərbaycanla oyunu dəyərləndirdi

“Maraqlı, baxımlı oyun alındı. Hər iki komanda mübarizə apardı”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Ukrayna milli komandasının baş məşqçisi Oleksandr Kosenko deyib.

O, Azərbaycan yığması ilə yoldaşlıq oyunu barədə fikirlərini bildirib: “Komandamdan razı qaldım. Topa biz daha çox nəzarət edirdik. Əlbəttə, səhvlərimiz də oldu. İndi onları analiz edəcəyik və Avropa çempionatına qədər düzəltməyə çalışacağıq. Oyunun əvvəli bir qədər gərgin keçdi. Halbuki bu tərəflərdən heç birinə lazım deyildi. Çünki hər iki kollektivi cəmi bir aydan sonra daha vacib turnir gözləyir”.

Qeyd edək ki, Ukrayna yığması Bakıda baş tutan matçda 4:0 hesabı ilə qalib gəlib.