Koutinyo keçmiş komanda yoldaşının yanına gedir
06.01.2022 - 22:12
Koutinyo keçmiş komanda yoldaşının yanına gedir

“Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyo yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı pleymeyker “Aston Vill”nın maraq dairəsindədir.

Birminhem klubu sabiq “Liverpul”lunu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir. Hazırda klublar arasında danışıqların son mərhələdə olduğu, Koutinyonun vaxtilə komanda yoldaşı olmuş Stiven Cerrardın rəhbərliyi altında çıxış etməyə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Filipp Koutinyonun “Barselona” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.