“Barselona”nın futbolçusu Filippe Koutinyo gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi qış transfer dövründə İspaniya klubundan ayrılacaq.
Braziliya öz agentlərinə bununla bağlı tapşırıq verib. Koutinyo ona qısa müddətdə klub tapılmasını istəyib.
Filippe daha çox oyun praktikası qazanmaq arzusundadır. Qətərdəki DÇ-2022-də oynamağı planlaşdıran yarımmüdafiəçi yığmanın heyətinə düşmək üçün klubunda əsas heyətdə yer almalıdır. Futbolçunun nümayəndələri “Arsenal”, “Everton” və “Tottenhem”lə danışıqlara başlayıb.
Qeyd edək ki, Filippe cari mövsüm “Barselona”da 16 matçda 2 qol vurub.