Koutinyonun “Barselona”dan ayrılmaq üçün şərti
04.01.2022 - 22:16
Koutinyonun “Barselona”dan ayrılmaq üçün şərti

“Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyo komandadan ayrılmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun transferə çıxardığı braziliyalı pleymeykerin bunun üçün şərti var.

30 yaşlı futbolçu yalnız İtaliya və İngiltərə klublarından birinə keçməyə razılıq verəcəyini rəhbərliyə söyləyib. Braziliya millisinin üzvü nə İspaniyada qalmaq, nə də Fransa və Almaniyaya köçmək niyyətindədir. Onun xidmətində maraqlı olan klublar arasında “Milan”, “Yuventus”, “Everton” var.

Qeyd edək ki, Filipp Koutinyonun “Barselona” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.