Kovaç istefaya göndərilir
29.12.2021 - 11:06
“Monako” baş məşqçisi Niko Kovaçla vidalaşa bilər.
Apasport.az saytının məlumatına görə. “Knyazlıq klubu” xorvatiyalı mütəxəssisi istefaya göndərməyə hazırlaşır.
Buna komandanın uğursuz nəticələri səbəb olub. 19 turdan sonra “Monako”nun Liqa1-də 6-cı pillədə qərarlaşması onları qane etmir.
Qeyd edək ki, 2020-ci ilin yayından klubu çalışdıran Kovaçın müqaviləsi 2023-cü ildə başa çatacaq.
0
0