Kroos Benzemanı keçdi
23.12.2021 - 09:35
Kroos Benzemanı keçdi

“Real” İspaniya La Liqasında növbəti qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi “Atletik”i 2:1 hesabı ilə məğlub edib.

Bu qollardan birinin məhsuldar ötürməsinə Toni Kroos imza atıb. Almaniyalı bununla da “Real”dakı assist sayını 77-yə çatdırıb.

Onun Madrid klubuna gəldiyi 2014/15 mövsümündən sonrakı dövrdə komandada daha çox məhsuldar ötürmə verən olmayıb. Kərim Benzema bu müddətdə 76 assist verib. Toni “Atletik”dəki matçda verdiyi ötürmə ilə fransalını arxada qoyub.