Kubokun 7 bombardiri - SİYAHI
14.02.2022 - 10:59
Kubokun 7 bombardiri - SİYAHI

Azərbaycan kubokunda bombardirlər cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 1/8 və 1/4 final mərhələlərindən sonra iki futbolçu daha çox qol vurub.

İbrahima Vadji və Coy-Lens Mikels hərəyə bir matçda dubl, bir görüşdə tək qola sevinib. “Qarabağ”ın legioneri yarımfinalda, komandası tur adlasa, finalda da qol vurmaq imkanına malikdir. “Sabah”ın üzvü isə artıq qol sayını dəyişə bilməyəcək.

Onları izləyən 5 oyunçu hərəyə 2 dəfə fərqlənib. Yarımfinala yüksələn 4 komandanın hərəsinin bir üzvü bu “beşlik”dədir. “Səbail”li Mirsahib Abbasov üçün isə kubok mövsümü başa çatıb.

1-dən çox qol vuran 7 bombardir
1-2. İbrahima Vadji (“Qarabağ”) - 3
Coy-Lens Mikels (“Sabah”) - 3
3-7. Ramon Maçado (“Neftçi”) - 2
Ramil Şeydayev (“Qarabağ”) - 2
Isnik Alimi (“Qəbələ”) - 2
Mirsahib Abbasov (“Səbail”) - 2
Loris Broqno (“Zirə”) - 2