Kvalyarella “Sampdoriya”da qalır
12.05.2022 - 23:28
Fabio Kvalyarella gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, 39 yaşlı hücumçu “Sampdoriya” ilə müqaviləsini uzatmaq niyyətindədir.
Bunu Kvalyarellanın agenti açıqlayıb: “Fabionun artıq 39 yaşı var. Lakin kifayət qədər gücü olduğu üçün hələ də “Sampdoriya”da oynamaq istəyir. O, bu kluba çox sadiqdir”.
Qeyd edək ki, forvard cari mövsümün 32 matçında 3 qol vurub.
0
0