Kyellini “Yuventus”dan gedir
12.05.2022 - 10:23
“Yerimi gənclərə verirəm. Çünki növbəti mövsümdə burada olmayacağam”.
Apasport.az saytının məlumatına görə, bunu “Yuventus”un futbolçusu Corco Kyellini deyib.
Təcrübəli müdafiəçi mövsümün sonunda Turin klubunu tərk edəcəyini təsdiqləyib: “Bazar ertəsi stadionda azarkeşlərlə vidalaşacam. “Fiorentina” ilə qarşılaşma isə son oyunum olacaq. Mən pərəstişkarı olacağım bu komanda ilə də vidalaşacam. “Yuventus” həmişə ürəyimdə olacaq”.
Qeyd edək ki, 37 yaşlı müdafiəçi 2005-ci ildən “Yuventus”da çıxış edir. Kyellini MLS klublarından təklif alıb.
0
0