Kyeza yarım il oynamayacaq
10.01.2022 - 16:20
“Yuventus”un futbolçusu Federiko Kyezanın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, dizindən zədələnən futbolçu əməliyyat olunacaq.
Cərrahi müdaxilə yaxın günlərdə reallaşacaq. 24 yaşlı italiyalının bərpa prosesi təxminən 6 ay çəkəcək. Kyezanın meydana yarım ildən tez qayıtması gözlənilmir.
Qeyd edək ki, cari mövsümdə 18 oyuna çıxan Federiko 4 qol vurub.
0
0