La Liqa klubu hücumçusuna qiymət qoydu
13.05.2022 - 13:46
“Vilyarreal” hücumçusu Arno Danyumanı satmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, buna səbəb bir neçə top-klubun 25 yaşlı forvarda maraq göstərməsidir.
Niderland millisinin üzvü mövsümün sonuna qədər bütün diqqətini komandasının oyunlarına cəmlədiyini açıqlayıb. Ancaq yayda klubunu dəyişəcəyini istisna etməyib. Nəhəng klublardan təkliflər alan “Vilyarreal” da futbolçusuna 45 milyon avroya qiymət qoyub.
Qeyd edək ki, Danyuma bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 16 qol, 4 məhsuldar ötürmə ilə diqqət çəkib. Onun “Vilyarreal”la müqaviləsi 2026-cı ilə qədərdir.
0
0