La Liqa tarixində üçüncü
12.05.2022 - 14:11
La Liqa tarixində üçüncü

Dieqo Simeone “Atletiko”nu 400-cü çempionat matçına çıxarıb.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssisin yubileyi XXXVI turun “Elçe” ilə matçına (2:0) təsadüf edib.

Cənubi amerikalının yetirmələri 244 qələbə qazanıb, 93 heç-heçə edib və 63 dəfə uduzub. O, La Liqa tarixində eyni komandada 400 və daha çox matç keçirən 3-cü baş məşqçidir.

Rekord Migel Munyosa məxsusdur. O, 424 görüşdə “Real”a rəhbərlik edib. Luis Araqones “Atletiko” ilə 407 çempionat matçı görüb.

Qeyd edək ki, Simeone 2011-ci ildən Madrid klubunu çalışdırır.