La Liqa tarixində ən çox qələbə qazanan baş məşqçilər – yeni rekordçu
15.02.2022 - 00:00
La Liqa tarixində ən çox qələbə qazanan baş məşqçilər – yeni rekordçu

İspaniya La Liqası tarixində ən çox qələbə qazanan baş məşqçilərin adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya hazırda “Atletiko”nu çalışdıran Dieqo Simeone başçılıq edir.

Argentinalı mütəxəssis çempionatın XXIV turunda “Xetafe”ni 4:3 hesabı ilə məğlub etdikləri qarşılaşmada qalibiyyət sayını 235-ə çatdıraraq rekordu ələ keçirib.

1. Dieqo Simeone
Ölkəsi: Argentina
La Liqada çalışdırdığı klub: “Atletiko”
Qələbə sayı: 235

2. Ferdinand Dauçik
Ölkəsi: Slovakiya
La Liqada çalışdırdığı klublar: “Barselona”, “Atletik”, “Atletiko”, “Betis”, “Mursiya”, “Sevilya”, “Saraqosa”, “Elçe”, “Espanyol”
Qələbə sayı: 234

3-4. Con Benjamin Toşak
Ölkəsi: Uels
La Liqada çalışdırdığı klublar: “Real Sosyedad”, “Real”, “Deportivo”, “Mursiya”
Qələbə sayı: 200

3-4. Elenio Errera
Ölkəsi: Argentina
La Liqada çalışdırdığı klublar: “Valyadolid”, “Atletiko”, “Malaqa”, “Sevilya”, “Barselona”
Qələbə sayı: 200

5. Manuel Pelleqrini
Ölkəsi: Çili
La Liqada çalışdırdığı klublar: “Vilyarreal”, “Real”, “Malaqa”, “Betis”
Qələbə sayı: 196

6. Yohan Kroyff
Ölkəsi: Niderland
La Liqada çalışdırdığı klub: “Barselona”
Qələbə sayı: 179