La Liqadan 5 illik müqavilə - 4 milyard 950 milyon avro
14.12.2021 - 22:09
La Liqadan 5 illik müqavilə - 4 milyard 950 milyon avro

La Liqa teleyayımla bağlı yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, çempionat matçlarının İspaniya və Andorradakı yayım hüququ DAZN ilə “Movistar”a satılıb.

Yayımçılar 2022/23 mövsümündən başlayacaq 5 illik müddət üçün 4 milyard 950 milyon avro ödəyəcək. 2026/27 mövsümünün sonunadək olan anlaşmanın tərəfdaşları olan DAZN və “Movistar” arasında bölgü də aparılıb.

Hər yayımçı turun 5 matçını canlı nümayiş etdirəcək. DAZN üç turu tam göstərmək hüququna da malik olacaq.