La Liqadan Premyer Liqaya
16.02.2022 - 00:28
La Liqadan Premyer Liqaya

“Sevilya”nın müdafiəçisi Dieqo Karlos İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu “Nyukasl”ın maraq dairəsindədir.

“Sağsağanlar” qış transfer dönəmində braziliyalını heyətinə qatmaq istəsə də, İspaniya klubu onu satmaqdan imtina edib. İngilislər yayda keçidi reallaşdırmaq üçün yenidən danışıqlar aparacaq.

Qeyd edək ki, Dieqo Karlos bu mövsüm “Sevilya”nın heyətində 32 oyuna çıxıb, 2 qol vurub. La Liqa təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan oyunçunun transfer qiyməti 45 milyon avroya bərabər göstərilir.