La Liqaya yeni tərəfdaşlıq variantı
03.12.2021 - 17:56
La Liqaya yeni tərəfdaşlıq variantı

İspaniya La Liqası yeni tərəfdaşla əməkdaşlıq edə bilər.

Apasport.az saytının məlumatına görə, La Liqanın CVC investisiya fondu ilə müqavilə imzalamasına qarşı çıxan “Real”, “Barselona” və “Atletik”ə alternativ variant təklif edib.

Bu üç klubun planına əsasən, üç tərəfdaş – “JP Morgan”, “Bank of America” və “HSBC” 2 milyard avro ödəyəcək. Müqavilə də 50 deyil, 25 ili əhatə edəcək. CVC məhz 50 ildə 2 milyard ödəməyə razılaşmışdı.

Qeyd edək ki, CVC ilə bağlı yekun qərar dekabrın 10-da veriləcək.