Lakazett “Arsenal”dan gedir
27.12.2021 - 18:43
Aleksandr Lakazett “Arsenal”dan ayrılacaq.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu yayda London klubu ilə vidalaşmağa qərar verib.
Müqaviləsi başa çatacaq oyunçu mövsümün sonunda azad agent statusu alacaq. “Topçular” ona yeni anlaşma təklif etsə də, Aleksandr uzunmüddətli müqavilə istəyindədir. Lakazett azad agent statusu ilə buna nail olacağı qənaətindədir.
Qeyd edək ki, hücumçu 2017-ci ildə “Lion”dan “Arsenal”a keçib.
0
0