Lautarodan rekord
07.05.2022 - 10:08
“İnter” A seriyasının XXXVI turunda “Empoli” ilə qarşılaşıb.
Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi 4:2 hesablı əzmkar qələbə qazanıb.
Bu görüşdə 2 qol vuran Lautaro Martines şəxsi rekorduna imza atıb. Argentinalı mövsümdəki qol sayını 19-a çatdırıb.
Bunadək Lautaro belə məhsuldar mövsüm keçirməyib. 24 yaşlı forvard 33 oyunda bu qədər qol vurub. Ötən mövsümün 38 matçında 17 qola imza atan hücumçu həmin göstəricisini arxada qoyub.
Qeyd edək Ki, Martines mövsümün ümumilikdə 46 oyununda 23 qol vurub.
0
0