Levandovski “Bavariya”da qalır?
06.05.2022 - 17:55
“Bavariya”nın hücumçusu Robert Levandovski komandada qala bilər.
Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa çempionunun baş məşqçisi Yulian Naqelsmann deyib.
Gənc mütəxəssis polşalı forvardla müqavilənin uzadılması ilə bağlı aparılan danışıqlardan danışıb: “Bircə onu bilirəm ki, klub Robertin meneceri Pini Zahavi ilə müsbət mənada danışıqlar aparır. Zahavi danışıqları sevir. Bizə bir az səbir lazımdır, bu da mənim güclü tərəflərimdən biridir”.
Qeyd edək ki, “Bavariya” ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Robert Levandovski “Barselona”nın maraq dairəsindədir.
0
0