Levandovski birincidir, Messi Salahdan da geri qaldı 
03.01.2022 - 11:52
Levandovski birincidir, Messi Salahdan da geri qaldı 

Bundesliqada çıxış edən futbolçular dünyanın ən yaxşı oyunçusunu seçib.

Apasport.az saytının məlumatına görə, Almaniya çempionatının iştirakçıları arasında keçirilən sorğuda Robert Levandovski qalib gəlib.

Polşa millisinin və “Bavariya”nın hücumçusu səslərin 43,2 faizini toplayıb. İkinci yeri Məhəmməd Salah tutub. “Liverpul”un misirli forvardı 20,5 faiz səs yığıb.

Qeyd edək ki, “Qızıl top”u qazanan Lionel Mesxsi səsvermədə yalnız üçüncü olub.