Levandovski: “Onların Messi və Ronaldo kimi olacağını təsəvvür edə bilmirəm”
15.02.2022 - 10:11
Levandovski: “Onların Messi və Ronaldo kimi olacağını təsəvvür edə bilmirəm”

“Bavariya”nın hücumçusu Robert Levandovski gənc futbolçular Kilian Mbappe və Erlinq Halandın gələcəkdə dünyanın ən yaxşısı olacaqları ilə bağlı sualları cavablandırıb.

Apasport.az saytının məlumatına görə, polşalı forvard onların Lionel Messi və Kriştiano Ronaldo səviyyəsinə çatacaqlarına inanmır.

Levandovskinin fikrincə, başqa güclü oyunçular da yaxın illərdə çıxacaq: “Kim bilir, bəlkə yaxın iki-üç ildə Mbappe və Halandla eyni səviyyədə çıxış edəcək başqa gənc hücumçular da ortaya çıxacaq. Onların son 12 ildə beynəlxalq futbolda dominantlıq edən Messi və Ronaldo kimi olacağını təsəvvür edə bilmirəm. Düşünürəm ki, qarşıdakı 10 ildə bir çox oyunçu dünyanın ən yaxşısı adı uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, 2021-ci ilin “Qızıl top” yarışmasında səsvermənin nəticələrinə görə Mbappe 9-cu, Haland isə 11-ci yeri tutub. Titula Messi yiyələnib.