Levandovskini geridə qoyan tapıldı
17.01.2022 - 09:32
Levandovskini geridə qoyan tapıldı

2021-ci ildə ən çox het-trik edən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvələ il ərzində ən azı üç matçda 3 və ya daha çox qol vuranlar daxil edilib.

İki futbolçu buna 5 dəfə imza atıb. Birinci pillədə Ali Mabutdur. O, BƏƏ yığmasında iki, “Əl-Cəzirə”də üç het-trik rəsmiləşdirib.

Eyni sayda uğuru olan Robert Levandovski ikincidir. O, Polşa millisində het-trikə imza ata bilmədiyi üçün asiyalıdan geri qalır. Robert bütün het-triklərini “Bavariya”da rəsmiləşdirib.

Qeyd edək ki, 15 futbolçunun düşdüyü siyahıda Azərbaycan təmsilçisi yer almayıb.