Lionel Messi ən yaxşı seçildi
14.12.2021 - 09:24
Lionel Messi ən yaxşı seçildi

Cənubi Amerikanın ən yaxşılarının siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

Qurum 7 nominasiya üzrə ən yaxşıları seçib. Cənubi Amerikanın ən yaxşı futbolçusu adına Lionel Messi layiq görülüb.

Ən yaxşı futbolçu – Lionel Messi (Argentina/”Barselona”/PSJ)
Ən yaxşı qapıçı – Emiliano Martines (Argentina/”Aston Villa”)
Ən yaxşı klub məşqçisi – Renato Qauço (Braziliya/”Flamenqo”)
Ən yaxşı yığma məşqçisi – Lionel Skaloni (Argentina)
Ən yaxşı pleymeyker – Lionel Messi (Argentina/”Barselona”/PSJ)
Ən yaxşı hakim – Xesus Valensuela (Venesuela)  
Ən yaxşı gənc oyunçu (U20) – Rodriqo (Braziliya/”Real”)