Liqa kubokunda yarımfinal cütləri müəyyənləşdi
23.12.2021 - 10:19
İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, 1/4 final səddini adlayan komandalar iki cüt təşkil edib.
Bu mərhələdə “Arsenal” – “Liverpul” və “Çelsi” – “Tottenhem” matçları keçiriləcək. Qarşılaşmalar yanvarın 3-də və 10-da baş tutacaq.
Qeyd edək ki, final matçı fevralın 27-də “Uembli” stadionunda təşkil olunacaq.
0
0