Luis Suares Avropanı tərk edir
21.02.2022 - 12:25
“Atletiko”nun hücumçusu Luis Suares yayda komandasını dəyişməyi düşünür.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvard Avropanı tərk etməyə yaxındır.
Çünki Uruqvay millisinin üzvü MLS və Braziliya klublarının maraq dairəsindədir. Həmçinin “Atletiko” rəhbərliyi də iki il əvvəl “Barselona”dan 7 milyon avroya transfer edilən forvardla yeni müqavilə bağlamaq niyyətindədir.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 33 oyunda 11 qol vuran Suaresin sözləşməsi mövsümün sonuna qədərdir.
0
0