Luis Suaresə MLS-dən təklif
27.12.2021 - 17:53
Luis Suaresə MLS-dən təklif

“Atletiko”nun futbolçusu Luis Suares yeni təklif alıb.

Apasport.az saytının məlumatına görə, “İnter Mayami” uruqvaylı hücumçuya 2 illik müqavilə təklif edib.

34 yaşlı forvardın ispaniyalılarla anlaşması 2022-ci ilin yayında başa çatacaq. MLS təmsilçisi də bundan yararlanmağı planlaşdırır.

Qeyd edək ki, Luis cari mövsümün 24 oyununda 8 qol vurub.