Lukaku “İnter”ə qayıtmaq istəyir
24.02.2022 - 16:03
“Çelsi”nin hücumçusu Romelu Lukaku “İnter”ə qayıtmaq istəyir.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı forvard bununla bağlı italyanlara müraciət edib.
Belçika millisinin üzvü Milan klubunda daha az maaşa oynamağa hazırdır. Ancaq indiki durumda onun dönüşü üçün yeganə variant icarə sayılır. “İnter” Lukaku və “Sassuolo”nun forvardı Canluka Skamakki arasında seçim edəcək.
Qeyd edək ki, Romelu Lukaku ötən ilin yayında “Çelsi”yə məhz “İnter”dən keçib. Onun “zadəganlar”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
0
0