Lukakunun arzuladığı klub
05.05.2022 - 18:17
“Çelsi”nin hücumçusu Romelu Lukaku keçmək istədiyi klubun adını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü “Real”ın formasını geyinmək arzusundadır.
“Barselona” və “İnter”də daxil olmaqla bir neçə klubun maraq dairəsində olan ulduz futbolçu “kral klubu”nda uğurlu çıxış edəcəyinə inanır. La Liqa çempionu da onun komandaya uyğun olub-olmadığını araşdırır.
Qeyd edək ki, 28 yaşlı Lukaku bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 12 qol vurub, 2 məhsuldar ötürmə verib.
0
0