“Arsenal”ın hücumçusu Aleksandr Lyakazett “Lion”a qayıdacaq.
Apasport.az saytının məlumatına görə, həm Liqa1 təmsilçisi, həm də futbolçu özü bu keçiddə maraqlıdır.
Fransızlar yetirməsinə uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır. Üstəlik, digər təklifləri nəzərə alan “Lion” rəhbərliyi 31 yaşlı oyunçuya yüksək məvacib də ödəməyə boyun olacaq. “Atletiko”, “Sevilya” və “Roma” kimi klublar onun durumunu izləyir.
Qeyd edək ki, Aleksandr Lyakazettin “Arsenal”la müqavilə müddəti mövsümün sonuna qədərdir. “Lion”un yetirməsi olan forvard 2010-2017-ci illərdə bu klubun əsas komandasında çıxış edib.