MLS tarixinin ən bahalı transferləri – yeni rekord
20.02.2022 - 16:42
MLS tarixinin ən bahalı transferləri – yeni rekord

MLS tarixinin ən bahalı transferi baş tutub.

Apasport.az saytının məlumatına görə, “Velez Sarsfild”in 20 yaşlı yarımmüdafiəçisi Tyaqo Almada “Atlanta” üçün ABŞ-a köçməklə yeni rekorda imza atıb. 

Bununla “Atlanta” həm də öz rekordunu yeniləyib.

MLS tarixinin ən bahalı transferlərini təqdim edirik:
1. Tyaqo Almada (2022-ci il. “Velez Sarsfild”dən “Atlanta”ya) – 14,5 milyon avroya
2. Qonzalo Martines (2019. “River Pleyt”dən “Atlanta”ya) - 14 milyon
3. Ezekyel Barko (2018. “İndependyente”dən “Atlanta”ya) – 12,3 milyon
4. Brenner (2021. “San Paulo”dan “Çinçinnati”yə) – 11,8 milyon
5-6. Luiz Arauxo (2021. “Lill”dən “Atlanta”ya) – 10,9 milyon
5-6. Rodolfo Pizarro (2020. “Monterrey”dən “İnter Mayami”yə) – 10,9 milyon
7. Brayan Rodriges (2019. “Penyarol”dan “Los Anceles”ə) – 10,4 milyon