Mahir Emreli “Dinamo”da debüt etdi, komandası məğlub oldu
18.02.2022 - 01:56
Mahir Emreli “Dinamo”da debüt etdi, komandası məğlub oldu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Dinamo” Avropa Liqasında pley-off mərhələsinin ilk oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Zaqreb klubu İspaniyada “Sevilya”nın qonağı olub.

Xorvatiya klubunun matçında ilk dəfə “23-lüy”ə salınan Mahir 58-ci dəqiqədə meydanda daxil olaraq, “Dinamo”nun heyətində debüt edib. Həmyerlimiz oyuna qoşulanda komandası hesabda artıq 1:3 geridə idi. Qarşılaşma elə bu hesabla da başa çatıb.

“Dinamo”nun heyətində yeganə qola 41-ci dəqiqədə Mislav Orsiç imza atıb. Ev sahiblərində isə xorvatiyalı İvan Rakitiç 13-cü dəqiqədə hesabı açmaqla həmyerlilərini cəzalandırıb. “Sevilya”nın digər qollarının müəllifi Lukas Okampos (44) və Antoni Marsyal (45+1) olub.

Bu komandalar arasında cavab oyunu fevralın 24-də Zaqrebdə keçiriləcək.