Mahir Emreli darmadağını ehtiyatdan izlədi
08.05.2022 - 23:55
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, Zaqreb təmsilçisi XXXIV turda "Osiyek"i qəbul edib.
Çempionatın lideri üçüncü pillədəki rəqibini asanlıqla üstələyib. "Dinamo" 3 cavabsız qolla qalib gələrək, çempionluğa bir addım da yaxınlaşıb. Emreli bu görüşü ehtiyatdan izləməklə kifayətlənib.
Bu qalibiyyətlə xallarının sayını 73-ə çatdıran "Dinamo" sona iki tur qalmış ən yaxın izləyicisini 4 xal qabaqlayır.
0
0