Mahir Emreli yenə “Legiya”nın ən zəifi seçildi
22.12.2021 - 16:22
Mahir Emreli yenə “Legiya”nın ən zəifi seçildi

“Legiya” klubunda futbolçular dekabrdakı performansına görə sıralanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu dəfə də ayın ən zəif oyunçusu seçilib.

24 yaşlı forvard -4 xala “layiq görülüb” ki, ondan aşağı göstəriciyə imza atan olmayıb. 19 futbolçunun yer aldığı sıralamada portuqaliyalı yarımmüdafiəçi Josue Peskeyra hamını qabaqlayıb. O, 3 xalla ayın futbolçusu adına yiyələnib.

Qeyd edək ki, “Legiya” dekabrda keçirdiyi oyunlarda “Krakovya” (0:1), “Visla” (Plotsk - 0:1), “Radomyak” (0:3) və “Spartak”a (Moskva – 0:1) məğlub olub, “Motor” (2:1) və “Zaqlebye” (4:0) üzərində qələbə qazanıb.